Xidmətlərimiz
Spektr Araşdırma və İnkişaf Mərkəzi həm dövlət, həm də özəl sektordakı müştərilərinə iqtisadi və maliyyə təhlili, marketinq tədqiqatları, siyasətin inkişafı və qiymətləndirilməsi, biznes strategiyası, tənzimləmə və rəqabət siyasəti və s. sahələrdə peşəkar məsləhət xidmətləri təklif edir. Mövcud iqtisadi tendensiyaları təhlili əsasında gələcək iqtisadi mühitin biznesə təsiri barədə hesabatların hazırlanması, strateji planlaşdırma üzrə konsaltinq xidmətlərinin göstərilməsi də fəaliyyət istiqamətlərimizə daxildir.
Peşəkar iqtisadçı ekspertlərimiz və analitiklərimiz xərc-fayda təhlili, siyasət simulyasiyaları, ssenari tərtibatı, SWOT təhlili, statistik analiz və riyazi modelləşdirmə kimi müxtəlif təhlil texnikalarını, o cümlədən ədəbiyyat icmalları, anket sorğuları, müsahibələr və fokus qrupları da daxil olmaqla geniş məlumat toplama üsullarını tətbiq edərək müştərilərin mürəkkəb biznes problemlərini həll etməyə kömək edirlər. Bundan əlavə, rəsmi statistik mənbələrdən və özəl sektor məlumat bazalarından istifadə təcrübəmiz təhlil imkanlarımızı genişləndirməkdədir.
Spektr regionda qabaqcıl konsultinq standartlarını təqdim etmək niyyətindədir.





