Xidmətlərimiz

Spektr Araşdırma və İnkişaf Mərkəzi həm dövlət, həm də özəl sektordakı müştərilərinə iqtisadi və maliyyə təhlili, marketinq tədqiqatları, siyasətin inkişafı və qiymətləndirilməsi, biznes strategiyası, tənzimləmə və rəqabət siyasəti və s. sahələrdə peşəkar məsləhət xidmətləri təklif edir. Mövcud iqtisadi tendensiyaları təhlili əsasında gələcək iqtisadi mühitin biznesə təsiri barədə hesabatların hazırlanması, strateji planlaşdırma üzrə konsaltinq xidmətlərinin göstərilməsi də fəaliyyət istiqamətlərimizə daxildir.

Peşəkar iqtisadçı ekspertlərimiz və analitiklərimiz xərc-fayda təhlili, siyasət simulyasiyaları, ssenari tərtibatı, SWOT təhlili, statistik analiz və riyazi modelləşdirmə kimi müxtəlif təhlil texnikalarını, o cümlədən ədəbiyyat icmalları, anket sorğuları, müsahibələr və fokus qrupları da daxil olmaqla geniş məlumat toplama üsullarını tətbiq edərək müştərilərin mürəkkəb biznes problemlərini həll etməyə kömək edirlər. Bundan əlavə, rəsmi statistik mənbələrdən və özəl sektor məlumat bazalarından istifadə təcrübəmiz təhlil imkanlarımızı genişləndirməkdədir.

Spektr regionda qabaqcıl konsultinq standartlarını təqdim etmək niyyətindədir.

fundamental-vs-technical
Spektr, korporativ qərarlar qəbul etməyi təmin edən yaxşı hazırlanmış, dərin təhlillərə əsaslanan bazar araşdırmaları və sorğular təqdim edir. Kəmiyyət və keyfiyyət araşdırma metodlarından və eksperimental tədqiqatlardan istifadə etməklə həyata keçirdiyimiz marketinq araşdırmaları müştərilərə biznes qərarlarının qəbul edilməsində kömək edir.
image-2-1-rr8rl5
Spektr dövlət qurumlarına, beynəlxalq təşkilatlara və özəl sektorda fəaliyyət göstərən şirkətlərə siyasət üzrə məsləhət xidmətləri təqdim edir. Peşəkar ekspertlərimiz həm dövlət, həm də özəl sektorda geniş təcrübəyə malikdirlər. Makroiqtisadi siyasətin işlənib hazırlanması, təhlili və inkişaf etdirilməsi, digər iqtisadi məsələlərlə bağlı siyasətin hazırlanması və təkmilləşdirilməsi istiqamətlərində əməkdaşlığa hazırıq.
1
Maliyyə bazarlarının, maliyyə sektoru siyasətinin və maliyyə institutlarının nəzəri və empirik iqtisadi təhlil və istehlakçı davranışının təhlili vasitəsilə maliyyə sektoru mövzularında özəl və dövlət sektorunda fəaliyyət göstərən müştərilərə məsləhət xidmətləri təklif edirik.
41464346_Mresize
Sosial tədqiqatlar və istehlakçı davranışının tədqiqi fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Psixoloji, koqnitiv, emosional, mədəni və sosial amillərin iqtisadi qərar qəbul etmə prosesinə təsirinin təhlili biznes subyektlərinin optimal biznes qərarlarının qəbul etməsinə kömək edir.
6
Sənaye və xidmət sektorunun müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlər üçün daxili və qlobal bazar meyllərinin öyrənilməsi, əsas trendlərin müəyyən edilməsi, bazar həcminin və bazar payının müəyyən edilməsi, SWOT analizin aparılması kimi xidmətlər təklif edirik.
about_pdd
İnkişaf istiqamətlərinizi müəyyən etmək, hazırlamaq və idarə etməkdə, həmçinin vizyon və missiyanızı aydınlaşdırmaqda və hədəflərinizə çatmaqda sizə kömək edə bilərik. Xidmət portfelimizə dövlət qurumları və özəl şirkətlər üçün strateji planların hazırlanması, strateji təhlil və idarəetmə üzrə konsaltinq xidmətləri də daxildir.