Valyuta tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflər Mərkəzi Banka və Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edilmişdir

Spektr Araşdırma və İnkişaf Mərkəzi Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentləri tərəfindən banklar vasitəsilə xarici valyuta əməliyyatlarının aparılması Qaydalar”ına dəyişikliklər edilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Mərkəzi Bankına və Maliyyə Bazarlarına NəzarətPalatasına təqdim etmişdir.

Qaydalara beynəlxalq ticarət vasitəçiliyinin digər formalarının, xüsusilə də malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə satılması ilə bağlı valyuta köçürmələrinin tənzimlənməsi, həmçinin də 270 gün müddətinin müəyyən hallarda uzadılması mümkünlüyünü əks etdirən müddəaların daxil edilməsi təklif edilmişdir.