Haqqımızda

Spektr Araşdırma və İnkişaf Mərkəzi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 27 iyul 2017-ci il tarixində qeydiyyata alınmış qeyri-kommersiya təşkilatıdır.

Missiyamız

İqtisadi və sosial tədqiqatlar aparmaqla və inkişaf layihələri həyata keçirməklə ölkədə icra olunan sosial-iqtisadi islahatlara töhfə vermək.

Vizyonumuz

Yaxın gələcəkdə Azərbaycanın və regionun aparıcı beyin mərkəzlərindən birinə çevrilmək, uzunmüddətli perspektivdə isə araşdırma fəaliyyətlərinin geniş spektrini həyata keçirən nüfuzlu qlobal beyin mərkəzi kimi tanınmaq.

Əsas fəaliyyət istiqamətlərimiz

  • ölkə daxilində və dünya iqtisadiyyatında baş verən sosial-iqtisadi proseslərin təhlili, makroiqtisadi vəziyyətin və qlobal iqtisadi tendensiyaların araşdırılması və gözlənilən iqtisadi dəyişikliklərlə bağlı proqnozların hazırlanması;
  • elmi araşdırmaların aparılması, müxtəlif təlimlərin və seminarların, dəyirmi masa və görüşlərin, konfransların, forumların, sərgilərin təşkili;
  • iqtisadi və sosial siyasət üzrə milli qanunvericiliyin təhlili və onun beynəlxalq təcrübəyə uyğunlaşdırılması və təkmilləşdirilməsi istiqamətində təkliflərin dövlət orqanlarına təqdim edilməsi;
  • məqsədləri və fəaliyyəti barədə məlumatın sərbəst yayılması, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlərin təsis edilməsi;
  • Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi.

Dəyərlərimiz

Spektr Araşdırma və İnkişaf Mərkəzinin fəaliyyəti aşağıdakı dəyərlərə söykənir:

  • Peşəkarlıq: Fəliyyətini yüksək peşəkarlıq səviyyəsində, texniki potensiala, təcrübəyə, bilik və bacarıqlara söykənərək yerinə yetirmək;
  • Səmərəlilik: Malik olduğu resursları qənaətlə istifadə etmək;
  • İnnovativlikYenilikləri, davamlı təkmilləşməni və təşəbbüskarlığı stimullaşdırmaqla daim mükəmməlliyə doğru çalışmaq;
  • Əməkdaşlıq: İşgüzar fəaliyyətdə hər zaman yerli  və xarici tərəfdaşlarımızla  əməkdaşlığı təşviq etmək;
  • Komanda ruhu: Daxili kommunikasiya və əməkdaşlığı təşviq edən sağlam mühit yaratmaq və  komanda formalaşdırmaq;
  • Şəffaflıq: Fəaliyyəti şəffaf və cəmiyyətə açıq şəkildə həyata keçirmək.