Spektr Araşdırma və İnkişaf Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Azərbaycanda açıq hökumətin təşviqi sahəsində həyata keçirilən islahatlar çərçivəsində maliyyə şəffaflığının təmin edilməsi və ölkənin Açıq Büdcə İndeksində mövqeyinin yaxşılaşdırılması” ilə bağlı hesabat hazırlanmışdır

Maliyyə hesabatlılığının və şəffaflığın təmin edilməsi Açıq Hökumətin əsas prinsiplərindən biridir. Büdcə məlumatlarının ictimaiyyətə açıqlığının və şəffaflığın təmin edilməsi Azərbaycanda da Açıq Hökumətin təşviqinə dair islahatların əsas istiqamətlərindən birini təşkil edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli […]

Spektr Araşdırma və İnkişaf Mərkəzi tərəfindən “Gəncə və Qazaxda fermerlərin yeni subsidiya qaydaları ilə bağlı maarifləndirilməsi” layihəsinin həyata keçirilməsinə başlanılmışdır

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil etdiyi qrant müsabiqəsi çərçivəsində qalib olan “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf İctimai Birliyi tərəfindən “Gəncə və Qazaxda fermerlərin yeni subsidiya qaydaları ilə bağlı maarifləndirilməsi” layihəsinin həyata keçirilməsinə başlanılmışdır. Layihənin məqsədi fermerlərin 2020-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq […]

Spektr Araşdırma və İnkişaf Mərkəzi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna və sözügedən Forum üzrə Milli Platformaya üzv qəbul edilmişdir

Spektr Araşdırma və İnkişaf Mərkəzi Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna və sözügedən Forum üzrə Milli Platformaya üzv qəbul edilmişdir. Foruma üzvlük Mərkəzə Forumun fəaliyyətində fəal iştirak etməklə yanaşı, İşçi Qrupunun illik toplantılarında və Forumun İllik Assambleyalarında təmsil olunmaq imkanı verəcək.

Spektr Araşdırma və İnkişaf Mərkəzinin İdarə heyətinin sədri Ramil Abbasov “bizimyol.info” saytına dövlət maliyyə idarə olunması sahəsində görülən tədbirlər barədə müsahibə verib

Son aylar Azərbaycanda dövlət siyasətində həyata keçirilən köklü islahatlar əhali tərəfindən maraqla izlənir və məmnunluqla qarşılanır. Dövlətin ayırdığı maliyyətnin məqsədyönlü və təyinatı üzrə istifadəsi görülən işlərin səmərəliliyinə xidmət edir. Bəs dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində hansı addımlar atılır? Bizimyol.info-nun sualını “Spektr” Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Ramil Abbasov cavablandırır. “Dövlət maliyyəsinin idarə […]

Qlobal iqtisadi vəziyyət və əsas tendensiyalar

Son dövrlər beynəlxalq ticarətdə cərəyan edən müharibələr, geosiyasi gərginliklərin güclənməsi qlobal investisiyalar və məcmu tələbin azalmasını şərtləndirməklə dünya iqtisadiyyatının artımına mənfi təsir göstərməkdədir.

2020-2023-cü illər üçün makroiqtisadi proqnozlar2020-2023-cü illər üçün makroiqtisadi proqnozlar

2020-2023-cü illərdə ÜDM, onun strukturu (mln. manatla), pay göstəriciləri (faizlə) və real artım templəri (faizlə) Mənbə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bu gün yayımladığı büdcə layihələrinin təqdimatında ortamüddətli dövr üçün makroiqtisadi proqnozlar öz əksini tapmışdır.

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan iqtisadiyyatı ilə bağlı ortamüddətli dövr üçün proqnozları pozitivdir.

Beynəlxalq Valyuta Fondu (BVF) və Azərbaycan Hökuməti arasında IV Maddə üzrə növbəti məsləhətləşmələrin yekunları ilə bağlı yayımlanmış materiallarda karbohidrogen hasilatının artması və xərclər sahəsində yeni tədbirlər nəticəsində daxili tələbatın yüksək olması səbəbilə 2019-cu ildə Azərbaycanda iqtisadi artımın 2,7 faizə çatacağı qeyd olunmuşdur. “Ortamüddətli perspektivdə iqtisadi artım 2,5% səviyyəsində proqnozlaşdırılır. Belə ki, karbohidrogen hasilatının genişlənməsi səbəbilə […]

“Təhsil kreditləri haqqında” Qanun layihəsi nə vəd edir?

“Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlanması gündəmdə olan əsas vacib məsələlərdəndir. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, komitəyə daxil olan müraciətlərin böyük hissəsi tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı olub: “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq. Artıq Təhsil Nazirliyi, müvafiq nazirliklər ilə müəyyən söhbətlər aparırıq. Təhsil Nazirliyi bu istiqamətdə […]

Spektr Araşdırma və İnkişaf Mərkəzinin direktoru Rəşad Həsənov ARB 24 TV-də post-neft dövründə fiskal siyasətin əsas hədəfləri, fiskal qaydaların tətbiqi, ortamüddətli xərc çərçivəsinə keçid məsələlərini müzakirə etmişdir.

1. Neft bumundan əvvəl, neft bumu illərində və post-neft dövründə Azərbaycanın fiskal siyasətinin əsas konturları və xüsusiyyətləri Bildiyiniz kimi, 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı ilə neft hasilatı sürətlə artmağa başlamış və 2010-cu ildə gündə 1 milyon barrel olmaqla özünün pik həddinə çatmışdır. Əslində 2010-cu ildən başlayaraq neft hasilatının azalmasına baxmayaraq 2014-cü ilədək neft […]

Spektr Araşdırma və İnkişaf Mərkəzinin direktoru Rəşad Həsənov ARB 24 TV-nin “Müzakirə vaxtı” verilişinin qonağı olmuş və təbii resurslarla zəngin ölkələrdə makro-fiskal siyasətin xüsusiyyətlərindən danışmışdır.