Xidmətlərimiz

Spektr Araşdırma və İnkişaf Mərkəzi həm dövlət, həm də özəl sektordakı müştərilərinə strateji planların hazırlanması, strateji büdcə planlaması, SWOT təhlilin aparılması, performans idarəetməsi, monitorinq və qiymətləndirmənin təşkili, adaptiv liderlik, dəyişikliklərin idarə olunması, iqtisadi və maliyyə təhlili, siyasətin təhlili və təkmilləşdirilməsi, biznes strategiyası, bazar araşdırmaları və digər sahələrdə peşəkar məsləhət xidmətləri təklif edir.

Peşəkar iqtisadçı ekspertlərimiz və analitiklərimiz xərc-fayda təhlili, siyasət simulyasiyaları, ssenari təhlili, statistik analiz və riyazi modelləşdirmə kimi müxtəlif təhlil texnikalarını, o cümlədən ədəbiyyat icmalları, anket sorğuları, müsahibələr və fokus qrupları da daxil olmaqla geniş məlumat toplama üsullarını tətbiq edərək müştərilərin mürəkkəb biznes problemlərini həll etməyə kömək edirlər. Bundan əlavə, rəsmi statistik mənbələrdən və özəl sektor məlumat bazalarından istifadə təcrübəmiz təhlil imkanlarımızı genişləndirməkdədir.

Spektr regionda qabaqcıl konsultinq standartlarını təqdim etmək niyyətindədir.

fundamental-vs-technical
Spektr, korporativ qərarlar qəbul etməyi təmin edən yaxşı hazırlanmış, dərin təhlillərə əsaslanan bazar araşdırmaları və sorğular təqdim edir. Kəmiyyət və keyfiyyət araşdırma metodlarından və eksperimental tədqiqatlardan istifadə etməklə həyata keçirdiyimiz marketinq araşdırmaları müştərilərə biznes qərarlarının qəbul edilməsində kömək edir.
image-2-1-rr8rl5
Spektr dövlət qurumlarına, beynəlxalq təşkilatlara və özəl sektorda fəaliyyət göstərən şirkətlərə siyasət üzrə məsləhət xidmətləri təqdim edir. Peşəkar ekspertlərimiz həm dövlət, həm də özəl sektorda geniş təcrübəyə malikdirlər. Makroiqtisadi siyasətin işlənib hazırlanması, təhlili və inkişaf etdirilməsi, digər iqtisadi məsələlərlə bağlı siyasətin hazırlanması və təkmilləşdirilməsi istiqamətlərində əməkdaşlığa hazırıq.
1
Maliyyə bazarlarının, maliyyə sektoru siyasətinin və maliyyə institutlarının nəzəri və empirik iqtisadi təhlil və istehlakçı davranışının təhlili vasitəsilə maliyyə sektoru mövzularında özəl və dövlət sektorunda fəaliyyət göstərən müştərilərə məsləhət xidmətləri təklif edirik.
41464346_Mresize
Komandamız adaptiv təzyiqlərin hamımıza meydan oxumağa davam etdiyi dəyişən dünyada lider olmaq üçün strategiyalar hazırlamağa kömək edə bilər. Biz sizə mürəkkəb təşkilati sistemlərə yanaşmağın yeni yollarını tapmaqda və hamımızın qarşıda duran problemlərlər bağlı düşünülmüş tədbirlər görməkdə kömək edə bilərik. Ən əsası, mütəxəssislərimiz sizə adaptasiya problemlərini aşkar etməkdə və onlara cavab verməkdə, liderlik və komandada dialoq bacarıqlarını inkişaf etdirməkdə kömək edə bilər.
6
Sənaye və xidmət sektorunun müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlər üçün daxili və qlobal bazar meyllərinin öyrənilməsi, əsas trendlərin müəyyən edilməsi, bazar həcminin və bazar payının müəyyən edilməsi, SWOT analizin aparılması kimi xidmətlər təklif edirik.
about_pdd
İnkişaf istiqamətlərinizi müəyyən etmək, hazırlamaq və idarə etməkdə, həmçinin vizyon və missiyanızı aydınlaşdırmaqda və hədəflərinizə çatmaqda sizə kömək edə bilərik. Xidmət portfelimizə dövlət qurumları və özəl şirkətlər üçün strateji planların hazırlanması, strateji təhlil və idarəetmə üzrə konsaltinq xidmətləri də daxildir.