Beynəlxalq Valyuta Fondu (BVF) “Dünya iqtisadiyyatının inkişaf prespektivləri” (“World Economic Outlook”) nəşrinin oktyabr buraxılışını təqdim etmişdir. Hesabata əsasən 2018-2019-cu illərdə qlobal artım tempinin 2017-ci il səviyyəsində (3,7%) qalacağı proqnozlaşdırılır ki, bu da BVF-nin cari ilin aprel ayında təqdim etdiyi proqnozdan 0,2 faiz bəndi aşağıdır. İnkişaf etmiş ölkələrin iqtisadiyyatlarının 2018-ci ildə 2,4%, 2019-cu ildə 2.1% artacağı, həmçinin 2020-ci ildə artım tempinin 1,7%-ə düşəcəyi proqnozlaşdırılır.

Bloomberg adambaşına düşən səhiyyə xərcləri (müalicə-profilaktik tədbirlər, ailə planlaması, qidalanma və təcili tibbi yardım), ümumi səhiyyə xərclərinin ÜDM-də xüsusi çəkisi və gözlənilən orta ömür müddəti göstəriciləri əsasında hesablanan səhiyyə xidmətlərinin səmərələliyi indeksi üzrə əhalisi 5,0 milyon nəfərdən çox, adambaşına düşən ÜDM 5,0 min ABŞ dollarından çox və orta gözlənilən ömür müddəti 70 ildən çox olan ölkələrin rankinqini açıqlayıb. 

Müsahibədə Cənub regionunun iqtisadi inkişaf səviyyəsini dəyərləndirmək üçün iqtisadi rayonun bir sıra sosial-iqtisadi göstəricilərinə nəzər salınmışdır.

Lənkəran şəhəri və Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad inzibati rayonlarından ibarət olan Lənkəran iqtisadi rayonunun ərazisi (6,07 min km2)) ölkə ərazisinin 7%-ni, əhalisinin sayı isə (1 yanvar 2018-ci il tarixinə 927,7 min nəfər) ölkə əhalisinin 9,4%-ni təşkil edir.

“Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf Mərkəzi Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentləri tərəfindən banklar vasitəsilə xarici valyuta əməliyyatlarının aparılması Qaydalar”ına dəyişikliklər edilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Mərkəzi Bankına və Maliyyə Bazarlarına NəzarətPalatasına təqdim etmişdir.